“Deputatların təklifi nəzərə alınmır” – Sabir Rüstəmxanlı

11-06-2021, 17:25           
“Deputatların təklifi nəzərə alınmır”
Deputat Sabir Rüstəmxanlı əlilliyin müəyyənləşdirilməsi ilə balı qanun layihəsinin müzakirəsində parlament üzvlərinin təkliflərinin nəzərə alınmamasına etiraz edib.

Reportyor.info xəbər verir ki, S.Rüstəmxanlı bu barədə Milli Məclisin iclasında çıxış edib. O, Sosial siyasət komitəsinin sədri Musa Quliyevə iradını çatdırıb:

“Mən hörmətli Musa Quliyevin çıxışından belə başa düşdüm ki, əlilliklə bağlı qanun layihəsinin ilk oxunuşunda deputatların səsləndirdiyi təkliflərin heç biri nəzərə alınmayıb. Sadəcə bu qanunların dünya standartlarına uyğun olduğu qeyd edildi. Biz hələ də bilmirik ki, bu qanundan nə qədər insan əziyyət çəkəcək. Əgər qanunun meyarlar izah edilməsə, aydınlaşdırılmasa mən qanunun lehinə səs verə bilməyəcəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru