Deputat: “Müharibə veteranlarının müavinəti 80 manatdan 130 manata qaldırılsın”

11-06-2021, 17:48           
Deputat:
“Hazırda müharibə veteranları 80 manat müavinət alırlar. Bu 80 manat veteranlara kommunal xərclərinin ödənilməsi üçün verilir. Ölkədə nəqliyyat və kommunal sahədə qiymətlər artıb”.

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Ona görə təklif edirəm ki, müharibə veteranlarına kommunal ödənişlər üçün verilən müavinət 80 manatdan 130 manata qaldırılsın. Biz bununla 100 mindən çox şəxsin kommunal ehtiyacının artırılmasına nail ola bilərik”, - deputat vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru