“Biz İlham Əliyevlə və Türkiyə ilə razılaşmaya getməliyik” – Ter-Petrosyan erməni ziyalılarını "satqın" adlandırdı

16-06-2021, 07:18           
“Biz İlham Əliyevlə və Türkiyə ilə razılaşmaya getməliyik” –
“Siz razılşamaya bilərsiniz, amma zaman ötdükcə biz İlham Əliyevlə və Türkiyə ilə hansısa razılaşmaya gəlməliyik. Qonşular əbədi düşmən ola bilməzlər”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan İctimai televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, qonşularla əbədi düşmənçilik Ermənistanın mövcudluğunu təhlükə altında qoyur. Petrosyan bildirib ki, situasiyanın həlli üçün sülh, saziş və xoş qonşuluq münasibətləri lazımdır. Eks prezident deyib ki, bundan sonra Qarabağ probleminin həlli artıq Ermənistandan asılı deyil: “Hansısa erməninin gəlib “Qarabağ məsələsini mən həll edərəm” sözlərini gözləməyin. Beləsi yoxdur. Bu illuziyadır”.

Petrosyan vurğulayıb ki, tənqiddən qorxmur və inandığı həqiqətləri deyir. Eks-prezident ziyalı və elmi dairələrə ünvanlı müraciət edərək onları xalqı azdıran “ən böyük satqınlar” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru