Sanksiyalarla bağlı müzakirələrin son mərhələsindəyik - Ruhani
17-06-2021, 00:01
İran ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı müzakirələrin son mərhələdə olduğunu və vaxtında ləğv olunacağına ümid etdiyini bildirib. Bu barədə İran prezidenti Həsən Ruhani nazirlərlə görüşündə deyib: “Sanksiyalarla bağlı son mərhələdəyik. Sanksiyaların tam qaldırıldığı nöqtəyə gəlməliyik”.