Putinin Lavrov və Şoyqu ilə bağlı SENSASİON PLANI

20-06-2021, 08:10           
Putinin Lavrov və Şoyqu ilə bağlı SENSASİON PLANI
Rusiyanın hakim “Vahid Rusiya” partiyasının növbəti qurultayı keçirilib. Azmarka.az xəbər verir ki, qurultay bu ilin sentyabrın 17-dən 19-dək Dövlət Dumasına keçiriləcək seçkilərlə bağlı olub.

Rusiya Prezidenti Vladimir Putin qurultayda çıxışı zamanı partiyanın siyahısına liderliyə namizədlərin adını təklif edib.

Rusiya dövlət başçısı hesab edir ki, müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov, eləcə də Rusiya prezidentinin uşaq hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi Anna Kuznetsova, “İstedad və Uğur” təhsil fondunun rəhbəri Yelena Şmeleva və Kommunardakı xəstəxananın rəhbəri Denis Proçenkonun adı Dövlət Dumasına keçiriləcək seçkilərdə partiyanın federal siyahısında lider olmalıdır.

O da ilgincdir ki, Putin Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevin adını çəkməyib. Dmitri Medvedev 2011 və 2016-cı il seçkilərində siyahıya başçılıq edirdi, siyahının federal hissəsində isə tək namizəd göstərilmişdi.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin sentyabrın 19-na təyin edilməsi barədə Fərman imzalayıb.

Maraqlıdır ki, bəzi qaynaqlarda Putinin deputat kimi göstərmək istədiyi Lavrov və Şoyqu onun onun ehtimal edilən varisləri kimi göstərilir. Lakin Rusiyanın xarici siyasət idarəsi rəhbərinin 71, müdafiə nazirinin isə 66 yaşı var.

Bu səbəbdən də onların Putindən sonra prezidentliyə namizəd olması artıq ağlabatan sayılmır.

Bir sıra mənbələr isə Kremlin indiki rəhbərinə sadiqliyi ilə bilinən, eyni zamanda onun ən səriştəli kadrları sayılan Lavrov və Şoyqunun deputat mandatı aldıqdan sonra vəzifələrindən kənarlaşdırılacağını, beləliklə, Rusiya liderinin öz varisini elan etmək üçün daha münbit zəmin əldə edəcəyini düşünür.

İstənilən halda Putinin adıçəkilən iki naziri Dövlət Dumasına keçiriləcək seçkilərdə hakim "Vahid Rusiya" partiyasının federal siyahısında lider namizədlər kimi təklif etməsi maraq doğurub və müxtəlif müzakirələrə yol açıb.

Onu da deyək ki, Putini əvəz edə biləcək namizədlər arasında indiyədək Baş nazir Mixail Mişustinin, Moskva meri Sergey Sobyaninin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu, indiki kənd təsərrüfatı naziri Dmitri Patruşevin, Xarici Kəşfiyyat xidmətinin rəisi Sergey Narışkinin və s adları hallanıb. Bəzi ekspertlər mümkün varislər sırasında Narışkinlə yanaşı hazırda Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin daha çox şanslı olduğunu deyirlər. Putinin hər iki şəxsi “ehtiyatda saxladığı” bildirilir.

Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Tula vilayətinin hazırki qubernatoru Aleksey Dyuminin, Putini əvəz edə biləcək namizədlər arasında kimlər yoxdur ki? Baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu, indiki kənd təsərrüfatı naziri Dmitri Patruşev, Xarici Kəşfiyyat xidmətinin rəisi Sergey Narışkin və s. Bəzi ekspertlər mümkün varislər sırasında Sergey Narışkinin və Dmitri Medvedyevin daha çox şanslı olduğunu deyirlər. Putinin hər iki şəxsi “ehtiyatda saxladığı” bildirilir.

Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Tula vilayətinin hazırki qubernatoru, Rusiya prezidentinin şəxsi mühafizə xidmətində olmuş Aleksey Dyuminin, sabiq maliyyə naziri, hazırda Hesablama Palatasının sədri olan Aleksey Kudrinin, son olaraq isə Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitrievin də adı Putinin potensial xələfləri arasında göstərilir.

Ancaq o da bildirilir ki, siyahıya hər dəfə yeni adların əlavə olunmasına baxmayaraq, Putin sonadək varisinin adının gizli saxlanılmasına üstünlük verəcək. İddialara görə, bununla da o, varis göstərilən bütün mümkün namizədləri ətrafında saxlamaq məqsədi güdür.


Elçin ŞAHMURAD,

Azmarka.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.