Paşinyan Yerevanda tərəfdarlarının mitinqinin keçiriləcəyini elan etdi DÜNYA XƏBƏRLƏRİ

21-06-2021, 07:07           
Paşinyan Yerevanda tərəfdarlarının mitinqinin keçiriləcəyini elan etdi DÜNYA XƏBƏRLƏRİ
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan öz tərəfdarlarını iyunun 21-i Yerevanın Respublika Meydanında mitinq keçirməyə çağırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, N.Paşinyan bildirib ki, xalq onun partiyasına "polad mandat" verib. Qeyd edək ki, N.Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası növbədənkənar palament seçkilərində məntəqələrin 50 faizindən çoxundan gələn səslərin hesablanmasından sonra 58 faiz səslə liderlik edir.

N.Paşinyan bildirib: "2018-ci ildə "məxməri inqilab" etdik və indi xalq bizə "polad mandat" verdi, bu isə bizim "polad inqilab" etdiyimizi göstərir. Buna görə bütün tərəfdarlarımızı 20:00-da Respublika Meydanında toplanmağa çağırıram".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru