ABŞ elan etdi: Çin təcrid edilə bilər!

21-06-2021, 09:19           
ABŞ elan etdi:
Çin öz ərazisinə koronavirusu araşdırmaq məqsədilə gələn mütəxəssisləri buraxmasa, beynəlxalq ictimaiyyətin təzyiqləri ilə üzləşəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Co Baydenin görüşlərindən danışan Sallivan bildirib ki, bu, diplomatik hazırlıq idi:

“Dövlətləri bir araya gətirmək, Çin üzərində siyasi və diplomatik təzyiq yaratmaq.... Bu, Çini ağır seçim qarşısında qoymaq yolunda həlledici amildir. Ya məsuliyyətli şəkildə davranıb, ekspertlərin fəaliyyətinə icazə verəcəklər, yaxud da təcridlə üzləşəcəklər”.

Qeyd edək ki, Bayden Çin hakimiyyətinin beynəlxalq ekspertlərin Uhan Virusologiya İnstitutuna buraxılması gərəkdiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru