“Rəsmi Bakı Koçaryan və separatçıların möhkəmlənməsinə seyrçi qalarsa...” - Xankəndidə nə baş verir?

23-06-2021, 07:04           
“Rəsmi Bakı Koçaryan və separatçıların möhkəmlənməsinə seyrçi qalarsa...” -
"Ermənistanda seçkilərdə Nikol Paşinyan qələbə əldə etdikdən sonra Rusiya tərəfi konkret olaraq Qarabağda ermənilərin məskunlaşdığı ərazilərdə möhkəmlənəcək. Məhz Xankəndidə ermənilərin mitinqi buna əsaslanır".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, məqsəd Paşinyana dəstək verən Arutunyanı kənarlaşdırıb, Qarabağ klanına məxsus şəxsi separatçı rəhbərliyə gətirməkdir:

"Qarabağ klanı son qala kimi Xankəndidə toparlanacaq. Əsas moderator R.Koçaryan və Rusiyanın bir sıra rəsmiləri olacaq. Ümumiyyətlə, Ermənistanın Qarabağ üzərində hərhansı bir siyasi mövqeyinin olmasına imkan verilməməlidir. R.Koçaryan və digər separatçıların Xankəndidə mövcudluğu və burada möhkəmlənməsinə rəsmi Bakı seyrçi qalarsa, bunun çox ciddi fəsadları ola bilər. Rəsmi Bakı Rusiyadan tələb etməlidir ki, Xankəndidə hərhansı bir siyasi təşkilatların formalaşmasına imkan verilməsin. Rusiya burada Qarabağ klanını inkişaf etdirib, Ermənistanı növbəti siyasi mərhələyə hazırlayacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru