ABŞ, İngiltərə və Rusiya yenidən masadadır... - Nəyi bölüşəcəklər?..

24-06-2021, 09:23           
ABŞ, İngiltərə və Rusiya yenidən masadadır...
ABŞ və NATO-nun Baydenlə birlikdə yeni bir qlobal mərhələyə qədəm qoyması barədə müxtəlif bəyannamələr uzun müddət ərzində tətbiq ediləcək. Bütün göstəricilər bu istiqamətdədir...

Ömer Özkaya
“Şarkul Avsat” qəzeti

ABŞ-ın yenidən meydana geri dönmək qərarından sonra qlobal anonsu elan etmək üçün NATO-dan daha uyğun bir platforma tapıla bilməzdi. NATO iclasından əvvəl İngiltərə kraliçası ilə keçirilən görüş NATO sammitindən sonra Putinlə keçiriləcək başqa bir zirvə üçün vəkalət rolunu oynadı. Beləliklə, Cenevrə yeni bir “Yalta görüşünə” ev sahibliyi etdi.

NATO-nun Brüsseldəki toplantısı gələcəkdə dünyaya tətbiq olunacaq siyasi və iqtisadi təzyiqin nə dərəcədə tətbiq ediləcəyi ilə bağlı araşdırmaların gücləndirilməsinə dair ilkin sənədlərində konsensusun yolunu açdı. Yəni hər ölkənin əlindəki kartlar bir daha göründü. Beləliklə, ABŞ və NATO-nun Baydenlə birlikdə yeni bir qlobal mərhələyə qədəm qoyması barədə müxtəlif bəyannamələr uzun müddət ərzində tətbiq ediləcək. Bütün göstəricilər bu istiqamətdədir.

Trampın bir dönəmlik prezidentliyi, elə görünür ki, ABŞ-da bir dönəmlik mandat almaq prosesini daha da gücləndirib. Çox güman ki, Bayden də cəmi bir dönəm prezidentliklə kifayətlənməli olacaq. ABŞ-da hiss olunan qlobal inkişaf sürəti digər ölkələrə nisbətən daha yüksəkdir. Görünür, qlobal siyasətlərin, iqtisadi, diplomatik, hərbi strategiyaların, mədəni və dini meyillərin memarı olmaq statusu ABŞ-ı 8 illik icra planlardan 4 illik planlar perioduna keçməyə məcbur edib.

NATO-nun Brüsseldəki planları, əlavələri və yeni tendensiyalarla bağlı açıqlamaların məzmunu ciddi şəkildə həcm və ritorikanın azaldılmasına qərar verildiyini göstərir. Diqqət çəkmək meyilləri azalarkən, çəkindirmə dozasının artırıldığı və bununla birlikdə çox sərt ifadələrdən qaçındığı da vurğulanmalıdır.

Buna cavab olaraq da Bayden İngiltərə kraliçası və Rusiya lideri Putinlə görüşərək Çörçil, Stalin və Ruzvelt zirvəsinin kiçik bir versiyasını hazırladı. Beləliklə də üçbucağı qismən tamamladı. Maraqlısı budur ki, İngiltərə Çörçil və Tetçer səviyyəsindəki liderlər profilindən uzaqlaşaraq daha bürokratik və klassik dövlət xəttini yeni strategiya kimi qəbul etməyə davam edəcək.

Putinin Bayden haqqında “çox qurd liderdir”, deməsi də məzmununun kifayət qədər dolu olduğundan xəbər verir. Qeyd etmək lazımdır ki, hazırda qlobal miqyasda dominant bir dildə danışmaqdan yayınan bəzi zirvə görüşləri keçirilir. Həmçinin, NATO kimi hərbi profili üstünlük təşkil edən bir paktın kritik baxımdan strateji dəyişiklik ilə daha fərqli strategiyalar izləyəcəyinə dair ciddi işarələr var.

NATO-dakı bu üslub və metod dəyişikliyinin qarşıdakı dövrdə fərqli siyasi, sosial, iqtisadi, dini, diplomatik və hərbi topoqrafiyalar yaradacağı qaçılmazdır. NATO-nun və xüsusilə ABŞ-ın, bir neçə region xaricində hərbi genişlənmə, fəaliyyət və hegemonluq mövqeyindən imtina edəcəyi, diplomatik-siyasi ünsiyyət və genişlənməyə diqqət ayıracağı da ön plana çıxır.

Rusiya, sözsüz ki, “Varşava müqaviləsi”nə son qoyaraq dağıtdığı regionun ABŞ, Avropa və NATO tərəfindən təşkil ediləcəyini bilməlidir. Lakin NATO-nun genişlənməsi ilə Rusiyanın Mərkəzi və Şərqi Avropanı itirməsi və bundan sonra “bizi uşaq kimi aldatdılar”, deməsi olduqca vacibdir. Putinin Bayden haqqındakı şərhləri də bu kontekstdə vacibdir.

Regional və qlobal siyasətlərin birdən-birə ənənəvi hərbi konsepsiyadan ənənəvi diplomatik konsepsiyaya çevrilməsi meyli son NATO zirvəsinin ən strateji görüntüsünü ortaya çıxarır. ABŞ və NATO-nun gərgin humanitar münasibətlər diplomatiyasından hər zaman daha yüksək nəticə alması bir çok ölkədə “meydanda qalib gəlsə də, masada məğlub oldu” şəklində başa düşülür.

ABŞ-ın siyasi və hərbi elitasının SSRİ-dəki ali Kommunist Partiyası liderləri ilə inkişaf etdirdiyi əlaqələr nəticəsində SSRİ-nin ləğv olunduğu beynəlxalq münasibətlərdə nəticə əldə etməsi də buna nümunə ola bilər. Eynilə şəkildə Yunanıstanın NATO-nun hərbi qanadına qayıtması Kenan Evren və komandası ilə qurulan fərdi diplomatik münasibətlər sayəsində mümkün olmuşdu. Bu siyahını daha da genişləndirmək mümkündür.

Digər tərəfdən, ABŞ və NATO-nun Rusiya və Çinə qarşı olan olduqca diplomatik və təmkinli üslubu Rusiya və Çin ilə strateji danışıqlar prosesinin hələ əldə edilmədiyini ortaya qoyur.

NATO-nun konstitusional üslub və metodlarının keyfiyyətini nəzərə aldıqda ortaya qeyri-adi bir mənzərə çıxmır.

Son NATO sammitinin mühüm qərarlarından bəziləri belədir: Çinin statusu bir neçə başlıq istisna olmaqla təsdiqlənib, Rusiyanın de-fakto mövqeləri diplomatik danışıqlar şurasına daxil edilib, bəzi regionlardan hərbi və şərti olaraq geri çəkilərkən, müəyyən regionlara daha çox ağırlıq veriləcək. Belə bir mənzərənin bir çox beynəlxalq və qlobal sükunəti ehtiva etdiyini və bunun həqiqətən də regional və ya qlobal bir ənənə olmadığını qeyd etmək və təhlil etmək tarixi təbiətimizə daha çox uyğun gəlir.
Çinin mövcud ideoloji xəttinin qlobal sistemin dinamikası baxımından təsdiq olunduğu bir kontekstdə, Çinin ənənəvi, regional, hərbi və beynəlxalq problemlərini hərbi effektlər verərək həll etmək meyli Qərbin müdaxilə sahələrini müəyyənləşdirmək kimi bir struktura sahib olduğunu dəstəkləyir.

Rusiyanın, xüsusən də Ukraynaya gəldikdə Çinlə eyni strategiyaya sahib olduğu aydın məsələdir.

İkinci Dünya Müharibəsində ABŞ-ın Almaniyanın maddi-texniki gücünü qırmaq üçün müdaxilə etdiyi iki ölkənin İtaliya və İsveçrə olduğunu xatırladasaq, İtaliyanın Çinin iqtisadi və diplomatik orbitindən çıxmaq cəhdləri və ABŞ-ın qara pullar və korrupsiyaya qarşı mübarizəni qloballaşdırma strategiyası ABŞ, Avropa və Çin arasındakı münasibətlərin dinamikasının inkişaf etdirildiyini ortaya qoyur. İqtisadi və maliyyə nəzarətinin hələlik ABŞ-ın strateji öncəliyi olduğu və bunun siyasi memarlığa zəmanət verəcəyi düşünülür. Başqa sözlə, ABŞ da dövlət nəzarəti və bürokratiyanın obyektiv fəaliyyəti üçün siyasi sahəyə hazırlaşdığını fərqli bir şəkildə elan edir. Bu kontekstdə, qlobal siyasi, iqtisadi, ideoloji, hərbi və sosial bir sakitlik mühitinə girildiyi təəssüratı yaranır.

Çinin qlobal istehsal və tədarük mərkəzi xüsusiyyətini siyasiləşdirərək qlobal bir hegemoniya qurması ehtimalını daha da artıran “Bir Kəmər Bir Yol” layihəsinin siyasi həyəcanı layihənin həyata keçirilməsindən sonra siyasi bir xarakter qazanacaq.

Çinin əfsanəvi lideri Maonun “Mədəni İnqilab”la yaratmağa çalışdığı yeni Çin sosiologiyasının böyük ölçüdə Qərblə inteqrasiya infrastrukturunu yaratması haqqında olan tezislər ortaya belə bir sual qoyur: Çin qədim tarixi ənənələri ilə davam etməlidir, yoxsa Maonun sosialist və kommunist bir baxışla “estetikləşdirdiyi” yeni Çin mədəniyyəti ilə?

Qərbdə hərtərəfli olaraq araşdırılmış və bütün refleksləri ortaya çıxarılmış bir Çin Qərb tərəfindən çox asanlıqla öz zolağında tutula bilər. Bu baxımdan nə Çinin problemləri, nə də üstünlükləri Qərb ölkələri ilə ortaqlıq təşkil etmir.

Deyə bilərik ki, Çinin məcburi kommunist idarəetmədən olan asılılığını bütün tərəflər qəbul edib, həmçinin müdaxilələrə və xəbərdarlıqlara açıq olan sərhədləri əhatə edən bir model inşa edilib.

Çinin hər baxımdan öyrənilməsi və onunla bağlı əhatəli analizlərin aparılması da daimi şəkildə hədəf ölkə olmaq mövqeyini daha da gücləndirir.

Qərbin təxminən 400 ildir çalışdığı Çin və onun tərkib hissələrinə qarşı inkişaf etdirməyə çalışdığı diqqətli və təmkinli üslub Çinin milli təhlükəsizliyi üçün nə dərəcədə risk hesab ediləcək? Bu mənzərənin kölgəsində qalan əsas məsələ isə bu qlobal sülh şəraitinə baxmayaraq, şərti güc şoularından getdikcə daha çox istifadə edilməsidir.

Tez-tez vurğuladığım kimi, dövlətlərarası boşluqların tədricən azalması beynəlxalq münasibətlərdəki gərginlik indeksinin heç də ürəkaçan olmadığını göstərir. Qərbə qarşı pozulduğu deyilən demoqrafik, iqtisadi, siyasi, mədəni, sosial və dini göstəricilər Qərbin diplomatik dilinə və anlayışlar indeksinə necə təsir edəcək?

Cavabı axtarılan bu sualın kulminasiya nöqtəsi Çin və Rusiyaya qarşı ehtiyatlılıq və qlobal sakitlik kimi qəbul edilərkən, Qərbin beynəlxalq münasibəti Ukrayna kontekstində müəyyən olunur.

Göründüyü kimi, üfüqdə sadələşən bir dünya mənzərəsi ortaya çıxarkən olduqca mürəkkəb və gərgin hala gələn bir digər real mənzərə ortaya çıxır. Bunu Qərbin yeni qlobal geosiyasətini və geostrategiyasını müəyyənləşdirmək, Avropanın cənub-şərq sərhədlərini təyin etmək, Avropanın siyasi mədəniyyətini və sosiologiyasını yenidən dizayn etmək, Avropada və Qərbdə radikal sağçı və miqrasiya siyasətini, ölkələrindəki xaricilərin sosial-mədəni harmoniyasını gücləndirmək, Avropanın və Qərbin rifahını təmin edəcək qlobal ticarət sisteminin və ideoloji atmosferinin Qərb kriteriyaları çərçivəsində yaradılmasını təmin etmək kimi məsələlərlə şərh edə bilərik.

Bu kontekstdə zəruri hallarda şərti hərbi güc nümayişlərini ön planda tutmaq, yuxarıda sadalanan siyahını minimum risk səviyyəsində saxlamaq əsas hədəf kimi önə çıxa bilər. Bundan əlavə, NATO sammitinin müəyyən mənada inqilabi sayıla biləcək şüarı “düşmənimiz yoxdur” anlayışıdır. Bu nöqtədən sonra şərti Qərb yenidən gündəmə gəlir və “həqiqi təhlükə dövlətlər və millətlər deyil, əsas təhlükə Avropanın və Qərbin rifahı, mədəniyyəti və təhlükəsizliyinin təhlükə altına düşmə ehtimalıdır”, deyir. “Bu ehtimalın yüksəlməsinə səbəb olacaq bütün dövlətlər və millətlər hədəfimiz ola bilər” tezisini ortaya qoyaraq bunun modul istifadəsini də araşdırmağa dəyər. Paradoksları özündə cəmləşdirən bu yanaşma Qərb ilə Rusiya, Qərb və Çin arasındakı danışıqlarda daha da strateji hala gələcək.

“Qlobal inzibati ideoloji konsensus əldə edildi” cümləsini isə NATO sammitindən sonra qurmaq olar. Bunun bütün ölkələrə və güclərə aid olmadığı, ümumi bir ideoloji təsdiq konsensusu olduğu da aydın məsələdir

Regional və qlobal sakitliyin birdən-birə qlobal xaos kimi göstəriləcəyi bütün iqtisadi, sosial, sosial-mədəni, dini, siyasi, mədəni və həyati baxışın itməsi qlobal inqilabi dalğanın göstəricisi kimi önə çıxır.

NATO zirvəsi üçün ediləcək ən kritik analiz AB, ABŞ və NATO-nun yeni qlobal dizaynda hələ tamamlanmaması və qərar verilməmiş strateji sənədlərə sahib olmasıdır. Bunun üçün də diplomatiyadan intensiv istifadəsinin nəticələrini gözləmək lazım gələcək.
pia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.