Rusiyaya qazanc dalınca gedən miqrantlar “Loyallıq haqqında razılaşma” imzalamalıdırlar. Ancaq bu halda onların Rusiyaya buraxılması mümkün olacaq.
Cebhe.info xəbər verir ki, bu barədə DİN mətbuat mərkəzi bildirib. Rusiyada miqrasiya haqqında yeni qanun layihəsində bu barədə maddə yer alıb.
Sənəd müəllifləri hesab edir ki, miqrantlar yazılı razılaşma imzalamalıdırlar. Razılıq sənədinə əsasən, miqrantlar Rusiyaya ziyan vurmayacaqlar.
"Loyallıq haqqında razılaşma" sənədinə əsasən, miqrantlar həm də ölkədən deport ediləcəkləri təqdirdə Rusiya tərəfinin ödədiyi bütün xərcləri qarşılamalıdırlar.
DİN bildirib ki, Rusiyaya vizasız gedən digər ölkələrin vətəndaşları-əmək miqrantları dövlət daktiloskopik qeydiyyatından keçməlidirlər.