Rusiya Qara dənizə daxil olan ABŞ gəmisini izləməyə başladı

27-06-2021, 12:06           
Rusiya Qara dənizə daxil olan ABŞ gəmisini izləməyə başladı
Qara dənizə daxil olan ABŞ-a məxsus "USS Ross" hərbi gəmisinin fəaliyyəti izləməyə götürülüb.

Teref.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

"Qara dəniz donanması iyunun 26-da Qara dənizə daxil olan ABŞ donanmasına məxsus "USS Ross" hərbi gəmisinin izlənilməsinə başlayıb", - açıqlamada bildirilib.

Qeyd edək ki, ABŞ-ın Altıncı Donanması hərbi gəminin Ukraynanın iştirakı ilə keçiriləcək "Sea Breeze" təlimlərinə qatılmaq üçün Qara dənizə daxil olduğunu açıqlayıb.

Bundan əvvəl isə Rusiya Qara dənizdə İngiltərə gəmisinə xəbərdarlıq atəşi açmışdı. /qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru