İsrailin ABŞ-dakı səfiri istefaya gedir

28-06-2021, 07:18           
İsrailin ABŞ-dakı səfiri istefaya gedir
İsrailin ABŞ-dakı səfiri Qilad Erdan istefaya gedir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Q.Erdan özünün "Twitter" səhifəsində yazıb.

Səfir bildirib ki, İsrailin BMT-dəki daimi nümayəndəsi kimi işinə davam edəcək:

"Baş nazir Naftali Bennettlə danışdım və yeni səfir təyin ediləndən sonra səfir vəzifəsindən istefamı qəbul etməsini xahiş etdim. Ən yaxın müttəfiqimiz olan bir ölkədə İsraili təmsil etməkdən şərəf duydum".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.