“Bəs vətəndaş nə etsin?!” – Qənirə Paşayeva qaz və su problemlərinə görə müvafiq qurumlara çağırış etdi

30-06-2021, 21:04           
“Bəs vətəndaş nə etsin?!” –
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir sıra qurumları vətəndaşların müraciətlərinə daha həssas yanaşmağa çağırıb. REPORTYOR.info xəbər verir ki, Qənirə Paşayeva Milli Məclisin 25 iyun tarixli iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı diqqəti təmsil etdiyi Tovuz rayonuna çəkib. O bildirib ki, Tovuz rayonunun bir sıra kəndlərində hələ də qazlaşma ilə bağlı problemlər var. “Hər il bu məsələni qaldırırıq. Amma problem həllini tapmır. Vətəndaş evi qızdırmaq üçün elektrik enerjisindən istifadə edir. Bu zaman elektrik xətləri yüklənir, problem yaranaır. Zəng edirik, deyirlər ki, elektrik xətləri bu qədər yükə hesablanmayıb. Yaxşı bəs o zaman vətəndaş nə etsin?”, – deyə deputat vurğulayıb.
Qənirə Paşayeva Tovuz rayonunda su problemini də qabardıb.
“İbrahimhacılı kəndi də daxil olmaqla bəzi kəndlərin çox su problemindən əziyyət çəkir”, – deyə deputat bildirib.
O, bəzi qurumların bu məsələlərlə bağlı yanaşmalarını tənqid edərək vətəndaşların bu istiqamətdə müraciətlərinə daha həssaslıqla yanaşılmasına çağırıb.
Qənirə Paşayevanın Milli Məclisdəki həmin çıxışını təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru