“Sovet İttifaqını bərpa etmək mənasızdır,.." - Putin

1-07-2021, 00:08           
“Sovet İttifaqını bərpa etmək mənasızdır,.." - Putin
Rusiya prezidenti Vladimir Putin SSRİ-nin bərpası barədə danışıb.

TASS xəbər verir ki, dövlət başçısı ənənəvi illik birbaşa xətt zamanı bu ideyanı mənasız adlandırıb.

“Sovet İttifaqını bərpa etmək mənasızdır, keçmiş İttifaq ölkələrindən bəzilərində gedən demoqrafik prosesləri nəzərə alsaq, bir sıra səbəblərdən hətta məqsədəuyğun deyil”, - deyə o, bəyan edib.

Putinin sözlərinə görə, SSRİ-nin bərpası həlli mümkün olmayan sosial problemlər yaradacaq, dövləti təşkil edən etnik özəyin aşınmasına səbəb olacaq.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru