Amerikanın 10-cu ştatı Qarabağdakı separatçı-terrorçu rejimin “müstəqilliyi”ni tanıdı... - NƏ ETMƏLİ?

1-07-2021, 09:21           
Amerikanın 10-cu ştatı Qarabağdakı separatçı-terrorçu rejimin “müstəqilliyi”ni tanıdı...
ABŞ-ın Nyu-Cersi ştatı Azərbaycanın Yuxarı Qarabağ torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müstəqilliyi”ni tanıyıb.

Moderator.az xəbər verir ki, qəsbkar Ermənistan nəşrlərinin yazdığına görə, bu haqda Amerikanın Erməni Milli Komitəsi (“ANCA”) “Facebook” səhifəsində məlumat yayıb.

"“ANCA”nın inadkarlığı və çalışqanlığı sayəsində Nyu-Cersi rəsmi olaraq “Artsax”ı tanıyan 10-cu ştat oldu. Bir gün əvvəl Nyu-Cersi Senatına təqdim olunan SCR.71 saylı qətnamə “Artsax Respublikası”nı rəsmən tanıyır, Türkiyə və Azərbaycanı “Artsax” və Ermənistanın mülki əhalisinə təcavüzə görə qınayır və ştatın Erməni Soyqırımının tanınmasına sadiq olduğunu bir daha təsdiqləyir” – ermənilərin yaydığı məlumatda belə deyilir.

Xatırladaq ki, ABŞ-ın bəhs edilən Nyu-Cersi Ştatının Assambleyası hələ 2013-cü ildə 31 mart - Azərbaycanlıların Soyqırımının 95 illiyi ilə bağlı qətnamə qəbul edib. Türkiyə mətbuatının verdiyi məlumata görə, 31 mart tarixi "Azərbaycan Anım Günü" elan edilib.

Qərar türk və azərbaycanlıların "Pax Turcica" kanalı vasitəsi ilə başladılan kampaniya nəticəsində qəbul edilib. Nyu-Cersi Ştat Assambleyasının sədri tərəfindən imzalanıb. Bu barədə qərar Assambleyanın üzvü, Demokratlar Partiyasının nümayəndəsi Tomas Qiblin Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəriyə şəxsən təqdim edib.

Qərarda 1918-ci ilin martında 20 min məsum azərbaycanalının qətli ilə nəticələnən hadisə insanlıq tarixinin ən çox qınanılmalı vəhşiliklərindən biri kimi təqdim edilib.

Zəruri şərh:

Hərə bir yolla başıbəlalı Qarabağdakı proseslərin rıçaqlarını öz əlində saxlamağa çalışır: Rusiya “sülhməramlı” adı altında Azərbaycan torpaqlarına qoşun yeritməklə, ABŞ isə, hüquqi əsası olmas da, bu cür çoxüzlü gedişləriylə...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.