Rubinyandan ŞOK AÇIQLAMA: “Ermənistan Azərbaycanla heç bir sülh müqaviləsi imzalamayacaq”
2-07-2021, 07:24

“Ermənistan təzyiq altında Azərbaycanla heç bir sülh müqaviləsi imzalamayacaq”.
Teref.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirlərin müəllifi “Mənim addımım” fraksiyasının üzvü Ruben Rubinyandır.
O daha da irəli gedərək belə deyir: “Azərbaycan Qarabağın statusunu tanısa, o zaman Ermənistan rəsmi Bakı ilə bir sənəd imzalayacaq”.
Daha sonra Rubinyan özünün sərsəm fikirlərini belə davam etdirir: “Ötən ilki müharibənin nəticələrinə (Azərbaycanın qalib gəldiyinə eyham vurur) baxmayaraq, indiki vəziyyətdə Azərbaycanın bölgədə yeni savaşa başlamasını mümkünsüz edən bəzi reallıqlar var. Birinci amil Qarabağda Rusiya sülhməramlı kontingentinin olmasıdır. İkincisi isə ATƏT-in Minsk Qrupunun həmsədrləri (ABŞ. Fransa) Azərbaycanın mövqeyinin əksinə olaraq status məsələsinin həll edilməmiş qaldığını bildirirlər.
Rubinyan Zəngəzur dəhlizinin Ermənistanın suveren ərazisindən keçərək reallaşmayacağını da qeyd edib: “Dünyada Azərbaycan və Türkiyədən başqa heç bir ölkə Zəngəzur dəhlizinin reallaşmasından danışmır” – deyə o vurğulayıb.
Görünür Ruben Rubinyan ağlını o qədər itirib ki, heç özü də nə danışdığını bilmir. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun zərbəsindən gözlərini aça bilməyən, İrəvandakı zirzəmilərdən çölə çıxmağa cəsarəti çatmayan Rubinyan və onun kimiləri “Dəmir Yumruq”un təsirini unudublar. Deyəsən Rubinyan müharibədə Ermənistan ordusunun darmadağın edildiyini də unudub, Azərbaycanın cəmi 44 günə 30 illik işğala son qoyduğunu da. Yəqin ki, seçkidən sonra özlərinə xal toplamağa çalışan və xalqını aldadan bu dığalara bir nəfər erməni çıxıb Azərbaycan Prezidentinin “Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq” fikirlərini xatırladacaq. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, heç bir statusdan söhbət gedə bilməz.
Digər bir məsələ Zəngəzur dəhlizinin açılması ilə bağlıdır ki, Ermənistan nə qədər çalışsa da, bu layihənin reallaşmasının qarşısını ala bilməyəcək. Azərbaycan dəfələrlə Zəngəzur dəhlizinin açılacağını və bölgədəki bütün kommunikasiyaların bərpa olunacağını vurğulayıb. Zəngəzur dəhlizinin açılması elə ilk növbədə Ermənistanın özü üçün çox vacibdir, çünki bölgədəki bütün layihələrdə iştirak etmək və iqtisadiyyatını dirçəltmək üçün ən böyük şansdır. Amma görünür Rubinyanın bunu düşünməyə nə siyasi savadı, nə də düşüncəsi çatır.
Sülh müqaviləsinin imzalanmasına gəlincə, bu Ermənistana sabitlik baxımından daha çox lazımdır, Onsuz da Azərbaycan öz torpaqlarını azad edib və artıq delimitasiya və infrastrukturun bərpası işlərinə başayıb. Əgər Ermənistan hər hansısa bir qarşıdurmaya cəhd edəcəksə, o zaman Azərbaycan ordusunun qarşısını nə Rusiya sülhməramlısı, nə də ki ATƏT-in Minsk Qrupunun həmsədrləri ala biləcək. Bunu da Ali Baş Komandan dəfələrlə vurğulayıb. Odur ki, belə səsrəm açıqlamalar və populist fikirlər səsləndirmək əvəzinə, Paşinyan və onun ətrafındakılar qarşılıqlı münasibətlərin normallaşması haqda düşünsələr daha yaxşı olar. Əks halda “Dəmir Yumruq” yenidən Ermənistanın başında partlayacaq.