Məlahət İbrahimqızı Nuru Paşanın abidəsi haqda danışdı: “Bu, qardaşlığa laqeyd yanaşmadır”

2-07-2021, 12:49           
Məlahət İbrahimqızı Nuru Paşanın abidəsi haqda danışdı: “Bu, qardaşlığa laqeyd yanaşmadır”
Deputat Məlahət İbrahimqızı Milli Məclisdəki çıxışında Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərindən, gündən-günə inkişaf edən əlaqələrindən danışdı.

Deputat bildirdi ki, Şuşa zirvəsi və imzalanan Müttəfiqlik Bəyannaməsi əməkdaşlığın ən yüksək səviyyədə olduğunun daha bir göstəricisi oldu. Deputat qeyd etdi ki, 2018-ci ildə Azərbaycanda Türkiyə Prezidentinin iştirakı ilə Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə parad keçirtdik. Bir neçə aydan sonra yenidən Bakının işğaldan azad olunması qeyd olunacaq. Qardaşlıq münasibətlərindən bəhs edərkən M.İbrahimqızı mühüm bir məsələyə diqqət çəkdi: “Bakının azad olunmasında müstəsna xidmətləri olmuş Nuru Paşa və onun ordusuna bu günə qədər də abidə qoyulmayıb. Bununla bağlı icra strukturları heç bir məlumat vermir. Bu, Türkiyə-Azərbaycan qardaşlığına laqeyd yanaşmadır”.

Deputat həmçinin seçildiyi Nəsimi rayonu ilə bağlı danışdı və təklifini səsləndirdi: “4-cü mikrorayonda 1973-cü ildə Ulu Öndərin açdığı Uşaq kitabxanası var. Çox təəssüf ki, kitabxana darmadağın vəziyyətdədir. Kitabxanada çox nadir kitablar var. Mədəniyyət Nazirliyinə müraciət edirəm ki, bu məsələ tezliklə həllini tapsın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.