Şentop Ermənistanın atəşkəsi pozmasından danışdı

28-07-2021, 10:41           
Şentop Ermənistanın atəşkəsi pozmasından danışdı
“Gələcəkdə Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının üçtərəfli görüşlərinin keçirilməsi mümkün ola bilər”.

Publika.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop keçirdiyi mətbuat konfransında deyib.

“Üç ölkə arasında nəinki dövlətlərarası münasibətlər, eləcə də xalqlararası münasibətlər var. Maddi və mənəvi olaraq daim bir-birinə dəstək olur”, - o vurğulayıb.

TBMM sədri bildirib ki, Ermənistanın son zamanlar Naxçıvan istiqamətində atəşkəsi pozması və mülki əhaliyə qarşı etdiyi hücumlar beynəlxalq arena üçün düşündürücü məsələ olmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru