“Fransa Minsk Qrupunu fəallaşdırmağa çalışır” - NƏ ETMƏLİ?

7-08-2021, 09:40           
 “Fransa Minsk Qrupunu fəallaşdırmağa çalışır” - NƏ ETMƏLİ?
Srağagün Fransa Prezident Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.

Siyasi analitik Turab Rzayev sözügedən müzakirəni “Sherg.az”a şərh etdi:

“Bu, yaxşı hal olsa da, münasibətlərdə köklü dəyişikliklərin olacağına inanmıram. Makrondan əvvəlki prezidentlər, heç olmasa, görüntü naminə neytral olmağa çalışırdılar. Hazırkı dövlət başçısı isə açıq-aydın mövqe tutur. Odur ki, ən azı mövcud iqtidar dəyişməyincə münasibətlər gərgin olaraq qalacaq. İkinci bir tərəfdən, ATƏT-in Minsk Qrupunu fəallaşdırmağa çalışırlar ki, bu da bizim üçün arzuolunan deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru