İrəvan Araiki niyə “dirildir”? – “Azərbaycan hərbi gücünü göstərməlidir”

9-08-2021, 00:04           
İrəvan Araiki niyə “dirildir”? –
“Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Qarabağdakı erməni separatçılarının başçısı Araik Arutunyanla görüşünə ciddi reaksiya verilməlidir.

Ermənistanın öz işğalçılıq siyasətini davam etdirməsi Rusiya sülhməramlılarının və vasitəçi dövlətin qarşısında qaldırılmalıdır”.

Sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında belə deyib. Qeyd edək ki, Ermənistan müdafiə nazirinin Araik Arutunyanı qəbul etməsi Azərbaycana qarşı növbəti müdaxilə aktı kimi qiymətləndirilir. Karapetyan Qarabağda “təmas xətti” ifadəsini işlətməklə faktiki olaraq, vəziyyəti gərginləşdirməyə cəhd edib. Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan Ermənistanın bu davranışına qarşı adekvat addımlar atmalıdır:

“İkinci Qarabağ müharibəsinin əsas məqsədi işğala son qoymaq idi. Azərbaycan hərbi əməliyyatları ona görə saxlayıb ki, kapitulyasiya sənədinə imza atan Ermənistan öz qoşunlarını Qarabağdan tamamilə çıxartsın. Bu baxımdan, belə hadisələr baş verərsə, Azərbaycan bunun qarşısını almalı və bu barədə sülhməramlı missiyanı yerinə yetirən Rusiyanı məlumatlandırmalıdır. Ermənistanın müdafiə naziri separatçı dsətənin başçısı ilə görüşərək Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.

Bu, Azərbaycanın daxili işlərinə hərbi üsullarla müdaxilə cəhdidir. Ötən il Azərbaycan silahlı qüvvələrinin iştirakı ilə özünün ərazi bütövlüyünü bərpa etməyi qarşıya məqsəd qoydu. Ancaq Ermənistan köhnə siyasətini davam etdirmək niyyətini göstərir. Ermənistanın bu davranışına sərt reaksiya verilməlidir. Azərbaycan hərbi gücdən istifadə etməklə buna son qoymalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru