Rusiyadakı "əbədi səfir" GERİ ÇAĞIRILIR: Polad Bülbüloğlunu kim əvəzləyəcək?

9-08-2021, 19:54           
Rusiyadakı "əbədi səfir" GERİ ÇAĞIRILIR:
Azərbaycan Xarici İşlər Nazirliyindəki son kadr islahatlarının, ssəfir dəyişikliklərinin Rusiyaya da sıçrayacağı bildirilir.

Yenicag.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, 15 ildir Azərbaycanın Rusiyadakı səfiri vəzifəsini icra edən Polad Bülbüloğlu yaxın vaxtlarda geri çağırılacaq.

“Əbədi səfir”in geri çağırılmasının yubanmasına səbəb isə onun yerinə təyin ediləcək şəxslə bağlı müzakirələrin aparılmasıdır.

Belə ki, Bülbüloğlunun yerinə Moskvaya göndəriləcək şəxs kimi Azərbaycan Dillər Univeristetinin (ADU) rektoru, yazıçı Kamal Abdullanın adı çəkilir.

Ancaq yaşının 70 olması Kamal Abdullanın səfir təyinatında əngələ çevrilib. Lakin buna baxmayaraq, Moskva ilə sıx əlaqələri olan Abdullanın Rusiyadakı “dayaq”larının onun səfir təyin edilməsinə nail olacağı qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru