Yaponiyanın baş naziri və ABŞ prezidenti müzakirələr aparıblar

10-08-2021, 07:35           
Yaponiyanın baş naziri və ABŞ prezidenti müzakirələr aparıblar
Yaponiyanın baş naziri Yosihide Suqa ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı aparıb.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi bildirib.

Agentliyin məlumatına görə, Amerika lideri Tokioda yay Olimpiya oyunlarının müvəffəqiyyətlə tamamlanması ilə əlaqədar Yaponiya hökumətinin başçısına təbrikini çatdırıb. Suqa və Bayden iki ölkənin əməkdaşlığının gücləndirilməsini, "azad və açıq Hind-Sakit okean regionu" konsepsiyasının reallaşdırmasını, həmçinin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesini müzakirə ediblər.

Qeyd edək ki, Tokio Olimpiadası iyulun 23-dən avqustun 8-dək keçirib, pandemiya ilə əlaqədar yarışların əksəriyyəti azarkeşsiz təşkil olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru