Azərbaycan və Macarıstan arasında dörd sənəd imzalandı

6-03-2016, 15:31           

Bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumu çərçivəsində iki ölkə şirkətləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti xəbər verir ki, müvafiq sənədi hər iki tərəfdən aşağıdakı şirkətlər imzalayıb: "Umirs Europe Plc." - "EastStream" MMC, "Toll Servis Ltd." - "Sinam Ltd.", "European Parking System Llc." - "Komtec Ltd" və "Project Service Venture Ltd." - "RR Şirkətlər qrupu".

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, Macarıstan Milli Ticarət Evinin sədr müavini Qabor Kun, o cümlədən 47 macar və 116 Azərbaycan şirkətinin nümayəndələri iştirak ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.