Norveçin baş naziri doqquzuncu dəfə deputat seçilir

14-09-2021, 09:16           
Norveçin baş naziri doqquzuncu dəfə deputat seçilir
Norveçin hazırki baş naziri Erna Solberq son bir əsrdə ölkə parlamentinə doqquz dəfə seçilən ilk norveçli siyasətçi olacaq.

“Report” xəbər verir ki, bu barədə məlumatı “NRK” telekanalı yayıb.

Solberqin 1989-cu ildən, yəni 30 ildən çoxdur ki, parlamentə daxil olan deputatlar sıyahısında adı olub.

İndi isə qadın diplomat Hordalann bölgəsindəki “Heyre” partiyasının siyahısına başçılıq edib. Odur ki, bu il keçirilən parlament seçkilərində qabaqcadan deputat mandatını əldə edib.

Qeyd edək ki, doqquz dəfə seçilən millət vəkilləri sonuncu dəfə 1912 -ci ildə parlamentdə olublar. Eyni zamanda, seçkilərin sayına görə mütləq rekord 1854-1888-ci illərdə on iki dəfə Stortinqə seçilmiş Mauris Orflota məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru