Paşinyan parlamentdə Türkiyə ilə dialoqdan danışdı

15-09-2021, 20:03           
Paşinyan parlamentdə Türkiyə ilə dialoqdan danışdı
Ermənistan hökuməti Türkiyədən dialoqun qurulması ilə bağlı gələn siqnalları müzakirə etməyə hazırdır.

Teref.az xəbər verir ki, bu barədə bu gün Nikol Paşinyan parlamentdə deputat Sarkis Xandanyanın sualını cavablandırarkən deyib.

Baş nazirin sözlərinə görə, artıq bir sıra beynəlxalq tərəfdaşlar İrəvan və Ankara arasında dialoqun qurulmasına yardım etməyə hazır olduqlarını bəyan edib.

N. Paşinyan qeyd edib ki, əgər dialoq başlayacaqsa, Ermənistan hökuməti təbii olaraq bu barədə vətəndaşlarını məlumatlandırmalıdır.

Xatırladaq ki, bundan əvvəl də N. Paşinyan Ermənistanın regionda sülhün bərqərar olması üçün Türkiyə tərəfindən bəzi müsbət siqnallar aldığını bildirib. O əlavə edib ki, onlar bu siqnalları qiymətləndirəcək, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəklər./APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru