Putinin Düşənbə yolunu COVİD-19, yoxsa Taliban qoxusu kəsdi

16-09-2021, 19:04           
Putinin Düşənbə yolunu COVİD-19, yoxsa Taliban qoxusu kəsdi
Rusiya Prezidenti Vladimir Putin ətrafında olan onlarla şəxsin koronavirusa yoluxduğunu bildirib.

Bu barədə Rusiya lideri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində videokonfrans vasitəsi ilə çıxış edərkən deyib.

“Bilirsiniz, təəssüflər olsun ki, son anda Düşənbəyə səfərdən imtina etmək məcburiyyətində qaldım. Buna səbəb yaxın ətrafımda koronavirusa yoluxma hallarının müəyyən edilməsidir. Bu, bir deyil, iki deyil, onlarla adamdır”, — deyə Rusiya prezidenti söyləyib.

V.Putin hələ bir neçə gün özünütəcrid rejimində olacağını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru