Niderlandın XİN rəhbəri istefa verib

17-09-2021, 07:55           
Niderlandın XİN rəhbəri istefa verib
Niderlandın xarici işlər naziri rəhbəri Siqrid Kaaq istefa verib.

Trend-in "de Telegraaf" qəzetinə istinadən verdiyi məlumata görə, S.Kaaqın istefa verməsinə səbəb parlamentin aşağı palatasının Əfqanıstandan təxliyənin pis təşkil edilməsi səbəbindən ona etimad göstərməməsi olub.

Kaaq parlamentdəki səsvermədən sonra istefa vermək məcburiyyətində deyildi, ancaq partiyaların bu mövzuda fikirlərini nəzərə alaraq istefa verməyi seçib.

Sabiq nazir "Demokratlar 66" partiyasının rəhbəri vəzifəsində işini davam etdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru