Moskvada "sülh müqaviləsi" müzakirə olunub? – Ermənilər detalları açıqlayır

17-09-2021, 08:45           
Moskvada "sülh müqaviləsi" müzakirə olunub? –
Ermənistan mediası Moskvada “sülh müqaviləsi” ilə bağlı müzakirələrin aparıldığı iddiasını tirajlayıb. İddiaya görə, Ermənistan müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçirilən “Qərb-2021” hərbi təlimləri çərçivəsində Azərbaycanla “sülh müqaviləsi”nin detallarını müzakirə edib.

Son dövrlər Azərbaycanın siyasi-hərbi rəhbərliyindən heç kimin Rusiyaya səfər etmədiyini nəzərə alsaq, bu iddianın reallıqla məsafəsi daha da uzaqlaşır, lakin detallar maraqlıdır:

- Sərhədin delimitasiya və demarkasiya prosesinin SSRİ xəritəsinə uyğun aparılması razılaşdırılıb;
- Qarabağın “statusu” ilə bağlı erməni tərəfi heç nəyə nail olmayıb: bu məsələ İrəvan tərəfindən hələ də açıq saxlanılır;
- Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə 5 ildən sonra baxılacaq;
- Zəngəzur dəhlizinin açılması reallaşacaq: Ermənistanın yola görə tranzit haqqı alması mümkündür;
- Sənədin tamamlanması yanvar ayına qədər yekunlaşacaq;

Bu məqamlar Azərbaycanın Ermənistana təqdim etdiyi yekun sülh müqaviləsi proqramına uyğundur. Erməni mənbələrin “sülh müqaviləsi” ilə bağlı müzakirələrin aparıldığı və tirajladıqları detalların həqiqiliyi sual altındadır.

Lakin Azərbaycan-Türkiyə və Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimlərinin “sülh müqaviləsi” masasında Bakının əlini gücləndirəcəyi şübhəsizdir.

Asif Nərimanlı
publika












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.