Bayden pandemiya səbəbindən Nyu-Yorkda dünya ölkələrinin liderləri ilə görüşməyəcək

18-09-2021, 00:09           
Bayden pandemiya səbəbindən Nyu-Yorkda dünya ölkələrinin liderləri ilə görüşməyəcək
ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclasında çıxış etmək üçün 21 sentyabr tarixində Nyu-Yorka gedəcək. “Report”un yerli bürosu xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild jurnalistlərə açıqlamasında deyib.

O, prezidentin BMT Baş Assambleyasında çıxışından sonra Vaşinqtona qayıdacağını, pandemiya səbəbi ilə digər ölkələrin liderləri ilə ikitərəfli görüşlərin baş tutmayacağını açıqlayıb.

Qeyd edək ki, bu, Cozef Baydenin prezidentliyi dövründə BMT Baş Assambleyasında ilk çıxışı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru