Niderlandda nazirlər eyni gündə Əfqanıstana görə istefa verib

18-09-2021, 08:09           
Niderlandda nazirlər eyni gündə Əfqanıstana görə istefa verib
Niderlandın müdafiə naziri Ank Beyleveld vəzifəsindən istefa verdiyini elan edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin NOS yayım korporasiyası bildirib.

Onun istefasına ölkə parlamentinin etimadsızlıq rəyi səbəb olub. Parlament üzvlərinin fikrincə, hökumət Əfqanıstanın paytaxtı Kabildə böhranın kəskinləşməsinə olduqca ləng reaksiya verib və təhlükə ilə üzləşən çoxlu sayda əfqanı təxliyyə etməyə vaxt tapmayıb.

Beyleveld əvvəlcə vəzifəsindən getməkdən imtina edib. O, bildirib ki, ön cəbhədəki kişi və qadınları, o cümlədən Əfqanıstanda qalan tərcüməçilərin təhlükəsizliyini təmin etməyi özünün vəzifəsi hesab edir. Lakin sonra qərarını dəyişib. “Mənim nazir vəzifəsində olmağım müzakirə predmetidir, buna görə öz işimi daha uyğun şəkildə yerinə yetirə bilmirəm", - deyə o bildirib. Ank Beyleveld KİV-ə hər hansı geniş şərh verməkdən imtina edib.

Ölkənin baş naziri Mark Rutte Beyleveldin istefasından təəssüf hissini ifadə edib. "O, Müdafiə Nazirliyində suda balıq kimi idi, hərbçilər onu sevirlər", - baş nazir deyib. Mark Rutte əlavə edib ki, vəzifəsindən gedən nazir dövlət idarəçiliyi sahəsində əhəmiyyətli iş təcrübəsi toplayıb.

Qeyd edək ki, dünən Niderlandın xarici işlər naziri Siqrid Kaaq da eyni səbəbdən istefa verib. O, etiraf edib ki, hökumət yanlış fərziyyələr əsasında hərəkət edib və xaos şəraitində təxliyə üçün bir sıra imkanları əldən verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.