Ermənistan yenə qarışdı: Aznavur meydanına daxil olmağa çalışan kütlə ilə polis arasında DAVA – VİDEO

18-09-2021, 21:45           
Ermənistan yenə qarışdı:
44 günlük müharibədə məhv edilən və itkin düşən hərbçilərin valideynləri İrəvanda etiraz aksiyası keçirirlər.

Teref.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın müstəqillik bayramı münasibəti ilə keçirilən şənliklər, Qarabağ müharibəsi zamanı həlak olan və itkin düşənlərin yaxınlarının qəzəbinə səbəb olub.

Onlar şənliklərin ləğv olunmasını tələb edirlər. Buna görə də polislə etirazçılar arasında qarşıdurma yaranıb.

Etirazçılar Aznavur meydanına toplaşaraq Respublika meydanına doğru irəliləmək istəyərkən, polisin təzyiqi ilə üzləşiblər. Həbs edilənlərin olduğu bildirilir. KONKRET.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.