Azərbaycanda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına seçkilərdə səs verirlər

19-09-2021, 10:29           
Azərbaycanda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına seçkilərdə səs verirlər
Sentyabrın 19-da Rusiya Federasiyasının 8-ci çağırış Federal Məclisinin Dövlət Dumasına seçkilər keçirilir.

“Report” xəbər verir ki, Azərbaycanda daimi və ya müvəqqəti yaşayan Rusiya vətəndaşlarının səsverməsi üçün Bakıda, Rusiyanın ölkəmizdəki səfirliyində seçki məntəqəsi açılıb.

Səsvermə ilə əlaqədar Bakı şəhəri, Bakıxanov küçəsi, 17 ünvanında (Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin binası) 8017 saylı seçki məntəqəsi açılıb

Səhər yerli vaxtla 08:00-da açılan seçki məntəqəsi 20:00-dək fəaliyyət göstərəcək.

Səsvermə günü 18 yaşına çatmış bütün Rusiya vətəndaşları seçkilərdə iştirak etmək hüququna malikdirlər. Koronavirus epidemiyası ilə əlaqədar ərazidə sosial məsafə tədbirləri görülüb.

Qeyd edək ki, Rusiya Federasiyası vətəndaşları üçün erkən səsvermə sentyabrın 11 -də Gəncədə də təşkil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru