“Azərbaycan ərazisinə keçən ermənilər 4 nəfər olub” - Gorus şəhər merinin müavini

19-09-2021, 19:20           
“Azərbaycan ərazisinə keçən ermənilər 4 nəfər olub” -
“O ərazidə yolda azmaq qeyri-mümkündür, əgər azarlarsa, dərəyə düşərlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Gorus şəhər merinin müavini Karen Köçəryan news.am-a verdiyi müsahibədə Gorus-Qafan yolundan çıxaraq Azərbaycan ərazisinə keçən iki erməni haqqında danışarkən deyib.

"Bunun necə olduğunu bilmirəm, onlar Karahuncda bir postdan digərinə keçməli idilər, ilk postu keçiblər, digərinə çatmayıblar. Azmaq üçün də orda yol yoxdur, bu Qafana gedən asfalt yoludur. Təhlükəsizlik Xidməti onların iki nəfər olduğunu deyir, amma mənə görə 4 gənc olub. Onlar “Mercedes” markalı avtomobildə idilər, maşın da itib" deyə o, əlavə edib.

Köçəryan gənclərin əsir düşmə ehtimalını da dilə gətirib:

“Təhlükəsizlik Xidmətinin onları tapmaq üçün nə etdiklərini bilmirəm. Müdaxilə etməyimizə icazə vermirlər, deyirlər ki, maneçilik törədirsiniz".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru