Həmyerlimiz ABŞ Nümayəndələr Palatasına namizədliyini irəli sürüb - VİDEO

20-09-2021, 15:51           
Həmyerlimiz ABŞ Nümayəndələr Palatasına namizədliyini irəli sürüb - VİDEO
Həmyerlimiz Ramin Məmmədov Şimali Karolinadan ABŞ Nümayəndələr Palatasına namizədliyini irəli sürüb.

Oxu.Az xəbər verir ki, Ramin Məmmədov Miçiqan ştatının Oakland İcma Kollecində təhsil alıb, Miçiqan Dövlət Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər ixtisasını bitirib.

Karyerasına informasiya texnologiyaları sahəsindən başlayan soydaşımız 15 il öncə Şimali Karolina ştatına köçüb.

ABŞ-dakı icmamız həmvətənimizin seçki kampaniyasına maddi dəstək göstərilməsi üçün ianə toplanmasına başlayıblar.

Həmyerlimizin kampaniyasına dəstək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

https://ramforcongress.com/donate













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru