Slutski: Bu, hibrid müharibənin bir elementidir!

21-09-2021, 08:28           
Slutski:
ABŞ Dövlət Departamentinin Dövlət Dumasına keçirilən seçkilərlə bağlı bəyanatı hibrid müharibənin bir elementidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib.

“Bu bəyanat heç bir ümumi reallıqla uzlaşmır”, - deyə deputat bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin qeyri-azad, həqiqi prosedurlardan uzaq, beynəlxalq öhdəliklərin icra edilmədiyi şəraitdə keçirilməsi barədə bəyanat yaymışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru