Rusiya ABŞ-ı seçkilər zamanı kiberhücümlarda ittiham edir

21-09-2021, 12:08           
Rusiya ABŞ-ı seçkilər zamanı kiberhücümlarda ittiham edir
Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ -dan Dövlət Dumasına “son seçkilər zamanı Mərkəzi Seçki Komissiyasına (MSK) edilən kiberhücumlarla” bağlı izahat tələb edib. Bu barədə səfirlik Facebook səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, onların təxminən yarısı ABŞ ərazisindən qeydə alınıb. "Bu cür hücumların məqsədi seçki sistemimizi gözdən salmaqdır. Bununla əlaqədar Amerika tərəfindən hərtərəfli izahat almaq istərdik”, - məlumatda deyilir.

Rusiya tərəfi ABŞ Dövlət Departamentinin son seçkilərin qeyri-şəffaf keçməsi ilə bağlı ittihamlarını əsassız adlandırıb. Məlumatda səsvermənin Rusiya qanunlarına və beynəlxalq hüquqa tam uyğun olaraq keçirildiyini və çatışmazlıqların ümumi gedişatına təsir etmədiyini vurğulayıblar. "Bu barədə insinuasiyalar qəbuledilməzdir", - səfirlik tərəfindən edilən paylaşmada deyilir.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru