Qorqud partiyasının Prezidentə müraciəti
21-09-2021, 19:32

Son günlərdə İranın Qarabağa gizli yükdaşımaları ilə bağlı görülən tədbirlər nəticəsində, Azərbaycana - üzdə dost, əslində isə düşmən kimi baxan İranın iç üzü tam şəkildə açıldı. İran artıq təhdid yolunu tutaraq, sərhədlərimizdə hərbi güc nümayiş etdirməyə başlayıb. Ölkəsinin adları belə min illər qədim Azərbaycanın Ərənşahlar nəsli ilə bağlı olan bugünkü İran hakimiyyəti tarixi unudub, İrana 5400 il şahlıq etmiş Cəlair-Qacar nəslinin törəmələrinə hədə-qorxu gəlir. İşin ən acınacaqlı tərəfi isə odur ki, özünü şiə ölkəsi adlandıran bu molla rejimi bilmir ki, şiəlik də bu Azərbaycan Atabəglərindən başlanır. İslam dininin batinindən, yəni əsl mahiyyətindən xəbərsiz bu mollaların ideologiyası - İrandakı Azəri xalqı və onların 5500 illik İsna-Aşəriyə dininin təhrif olunmuş variantıdır. İsna-Aşəriyə şiəliyi, ifrat Gelati-Şiə ismaililərinin Batin fəlsəfəsidir ki, dünyanın ən qədim bu dinini Azərbaycanın Xelat Atabəgləri yaratmışlar. Onlar Xelat elinin göylərində Xüld cənnəti var etmiş və ora düşmək istəyən adi insanlar üçün İslam dinini yaratmışlar. Təbii ki, bugünkü İran mollalarının bütün bunlardan xəbərləri yoxdur. Bu avam mollalar bilmirlər ki, ümumiyyətlə bütün dinlərin müəllifləri - Rəhman Allahın Özünə qulluq üçün seçdiyi Azəri-Xəzər Türk seyid-bəgləridir və bütün dinlərin əsl mahiyyəti də əcdadlarımızın yaratdığı bu cənnətə düşməyə inamdır. Pir-bəglərin, göylərində Xüld cənnəti yaratdığı Gelat/Xelat elini Allah "Mənim" adlandırır. Qədim mənbələrdə Eranşəhr və ya Arian/Ari eli dedikdə, bəglərin göydəki bu İç Oğuz eli nəzərdə tutulurdu. Fantastik görünsə də bunlar realdır və bütün qədim ədəbiyyatların batıni, yəni gizli mənaları, Azəri bəglərinin Xelatda yaratdığı ruhlar dünyasına həsr olunmuşdur.
Hörmətli Prezident. Qorqud partiyasını biz, Azərbaycanın ən çətin vaxtlarında, erməni qəsbkarların torpaqlarımızı zəbt etdiyi birinci Qarabağ müharibəsi dövründə yaratmışıq. O zaman da yeganə arzumuz, qəsb olunmuş torpaqlarımızı qaytarmaq olmuşdur. Parçalanmış Azərbaycanın bütün torpaqlarının qısa müddətdə qaytarılması, bizi istəməyən böyük qonşularımızın hərbi gücü və əhalisinin çoxluğu fonunda təbii ki ağılabatan deyildir. Bu vəziyyətdə yeganə yol, bu torpaqlara sahib olmuş və bizə miras qoymuş əcdadlarımızın elmini öyrənmək idi ki, biz də bunun öhdəsindən gəldik və bu gün mən, Qorqud partiyasının sədri - Quranda ən kamil elm kimi təqdim edilən Süleyman peyğəmbərin "Quş dilini" bilən yeganə tədqiqatçıyam. Bütün biliyimin əsas qayəsi də, pak və müqəddəs torpaqlarımızın tam bərpasıdır. Mənim fikrimcə hazırki şəraitdə bunun yeganə, birdəfəlik, qısa və praktik yolu - əcdadlarımızın, Atabəglər Ailəsinin malikanəsi olan Xelat, yəni qədim Xaldeyada tikdiyi Babil qülləsini tapmaqdır. Bu qüllənin üzə çıxması, bizim - dünyanın ən qədim və müqəddəs xalqı olduğumuzu və bütün sivilizasiyanın da bizdən başladığını faktiki sübut edəcək. Mən yüzdən artıq elmi məqalələrimdə və kitablarımda bunları elmi sübut etmişəm və iddia edirəm ki, bu gün heç bir alim və ya alimlər, sözümün qarşısında söz deməyə cürət etməz. Yazılarımın əksəriyyətini internetdıki saytlarımda bir neçə dildə oxumaq olar. Başqa cür desəm, müəllifi olduğum Batini-Quran kitabında qədim dünyanın bütün sirləri açılıb və nəzəri cəhətdən yazdıqlarım tam elmi sübut olunub. Faktiki təsdiq üçünsə bu abidə tapılıb açılmalıdır ki, bu da bizim qədim dünyanın ən ali insanları olduğumuz sübut edəcəkdir.
Cənab Prezident. Mən 21 ildir ki, bu abidənin axtarışı ilə məşğulam. İşin çətini odur ki, bu abidə tikilib qurtardıqdan sonra bir dağın altında gizlədilmişdir və onu aşkar etmək üçün xüsusi avadanlıq lazımdır. Mən praktik cəhətdən də çox işlər gördüm və indi az iş qalıb ki, bunu artıq yalnız xüsusi avadanlıqla etmək mümkündür. Bu avadanlıq, yerin on metr dərinliyindəki tikili və boşluğu göstərin 3D Georadar (Geoskaner) cihazıdır ki, onun da ölkəmizə gətirilməsi qadağan edilmişdir. Eşitdiyimizə görə bu avadanlıq ölkəmizdə şəxsi şirkətlərin birində var. Orta qiyməti 5-7 min manat olan bu cihazı Rusiya, Ukrayna və s. ölkələr istehsal edirlər. Mən bu avadanlığı bir günlüyə kirayə edib, kirayə pulunu da özüm ödəməyə hazıram. Başqa sözlə, bu xahişimizdən ölkəmizə bir qəpik də ziyan dəyməyəcək. Abidənin tapılacağı halda isə ölkə büdcəsinə təkcə turizmdən ildə onlarla milyard manat vəsait gələcək. Xalqımız isə müzəffər adı ilə eyni zamanda ən qədim və müqəddəs xalq adını alacaq və bütün qədim tarixə sahib olduğunu faktla sübut edəcək.
Abidənin tapılmayacağı halda da, yazdığım kimi ölkəmiz heç nə itirməyəcək. Mən bu abidəni tapacağıma 70 faiz əminəm. Tikilişindən keçmiş 5500 il zaman müddəti, yerin təkinin tektonik dəyişikliyə məruz qalması və s. faktorlar, 100 faiz əminliyimə mane olur. İstənilən halda axtaran tapır. Hərtərəfli çalışmadan qələbəyə nail olmaq mümkün deyil. Qələbə həmişə ona tam varlığı ilə inanıb, real iş görənlərə qismət olur.
Hörmətli Prezident. Sizdən xahiş edirəm ki, yerin təkinin 10 metr dərinliyini tədqiq edə bilən və real vəziyyətdə onu göstərən 3D Georadar (Geoskaner) cihazının tapılmasında və bizə bir günlüyə kirayə verilməsinə köməklik edəsiniz. Bununla siz həm də adınızı arxeologiya tarixinə yazmış olacaqsınız.
Qorqud partiyasının sədri Firudin Kərimov (Firudin Gilar Bəg
--