"ABŞ nüvə anlaşmasına qayıtmağa tam hazırdır" - Bayden

22-09-2021, 00:07           
"ABŞ nüvə anlaşmasına qayıtmağa tam hazırdır" - Bayden
"ABŞ İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına tam qayıtmağa hazırdır".

"Report" TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

"ABŞ İranın nüvə silahı əldə etməsini əngəlləməkdə davam edəcək. İranı diplomatik olaraq Birgə Hərtərəfli Fəaliyyət Planına cəlb etmək üçün "beş üstəgəl bir" formatı üzərində işləyirik", - Bayden bildirib.

Avstriyada aprel ayından etibarən İranla beynəlxalq "beşlik" (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) arasında nüvə anlaşmasını bərpa etmək üçün danışıqlar aparılır. Tərəflər İrana qarşı sanksiyaların ləğv edilməsi, nüvə sahəsində öhdəliklərinin yerinə yetirilməsi, habelə ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına qaytarılmasını müzakirə edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru