İran prezidenti Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsinə çağırdı

22-09-2021, 12:37           
İran prezidenti Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsinə çağırdı
Bir neçə saat əvvəl İran prezidenti İbrahim Rəisi İran və Ermənistan arasında əlaqələrin möhkəmləndirilməsinə, həmçinin İrəvanın təhlükəsizliyinin qorunmasına çağırdı. Bu barədə Fars agentliyi xəbər verir.
İbrahim Rəisi baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyana Ermənistanın müstəqillik günü münasibəti ilə təbrik məktubu göndərib. Məktubda Rəisi qeyd edib ki, İran və Ermənistan arasında ikitərəfli və beynəlxalq müstəvidə münasibətlərin genişləndirilməsi iki ölkənin maraqlarına cavab verir. İran prezidenti məktubunda yazır: «Zənnimcə, iki tərəfin səyləri və ciddiliyi regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində böyük nailiyyətlərin əldə olunmasına səbəb olacaq və iki dost ölkənin maraqlarını təmin edəcək».
virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru