“Yəqin Syunik demək istədiniz cənab Koçaryan, Zəngəzur yox, Syunik” – Kazinyan Koçaryana hiddətləndi

23-09-2021, 00:02           
“Yəqin Syunik demək istədiniz cənab Koçaryan, Zəngəzur yox, Syunik” –
Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Məsələləri daimi Komissiyası bu gün növbədənkənar iclas çağırıb.

Erməni mətbuatına istinadən xəbər verir ki, “Ermənistan” fraksiyasının deputatı Artur Kazinyan Ermənistanın cənub-şərq sərhədindəki vəziyyəti öyrənən işçi qrupu yaratmağı təklif edib.


Komissiyanın sədri Andranik Koçaryan qeyd edib ki, işçi qrupu gələn həftə yaradılacaq. O komissiya üzvü Armen Xaçatryanın bu işi təşkil etmək üçün Zəngəzurda olduğunu vurğulayıb. Koçaryanın Zəngəzur ifadəsini işlətməsi Kazinyanı özündən çıxarıb: “Yəqin Syunik demək istədiniz cənab Koçaryan. Zəngəzur yox, Syunik ” Kazinyan öz aləmində Koçaryanın yanlışını düzəldib.(konkret.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru