Merkel Baydenin ilk zənginə cavab verməyib – KİV

23-09-2021, 11:08           
Merkel Baydenin ilk zənginə cavab verməyib – KİV
Cozef Bayden 2021-ci ilin yanvarında ABŞ-ın yeni prezidenti olaraq ilk telefon zəngini Almaniya kansleri Angela Merkelə etmək istəyib.

Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb.

Qəzet Baydenin bununla transatlantik stabilliklə bağlı müsbət siqnal verməyə çalışdığını bildirib. Bununla belə Baydenin niyyəti baş tutmayıb, çünki Merkel telefon zənginə cavab verməyib:

“Almaniya kanslerinin başqa planları vardı. O, Berlin yaxınlığındakı kottecinə getdiyi üçün Baydenin zənginə cavab verməyib. Merkel daha sonra köməkçilərindən növbəti görüşü təşkil etmələrini istəyib. Nəticədə tərəflər arasında telefon danışığı 25 yanvarda Merkelin işə qayıtmasından sonra baş tutub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru