“Son vaxtlara qədər İrana casusluqda ittiham olunan Allahşükür Paşazadə…” – İRAN MEDİASI ŞEYXİN AMULİYƏ CAVABINDAN QEYZLƏNİB

24-09-2021, 00:07           
“Son vaxtlara qədər İrana casusluqda ittiham olunan Allahşükür Paşazadə…” –
Xəbər verdiyimiz kimi, dünən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ərdəbil məscidinin imamı Ağayi Amulininin səsləndirdiyi fikirlərə cavab verib.

Qafqaz.media xəbər verir ki, İranin ”MiranPress” saytı Paşazadənin bu bəyanatından qıcıqlanıb: “Son vaxtlara qədər Azərbaycanda İranın lehinə casusluqda ittiham olunan Allahşükür Paşazadə fürsətdən istifadə edərək Bakının “gözünə girməyə” çalışır”.

Saytın iddiasına əsasən, A.Paşazadənin Azərbaycana “şirin quyruğu ilə oynamamağı” hədə-qorxu ritorikası ilə məsləhət görən Seyid Hüseyn Amulinin açıqlamasını tənqid etməsi bunun bariz nümunəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru