Macarıstanın xarici işlər naziri: "Dunyada yeni soyuq müharibə təhlükəsi var"

24-09-2021, 07:55           
Macarıstanın xarici işlər naziri: "Dunyada yeni soyuq müharibə təhlükəsi var"
Beynəlxalq münasibətlərin hazırkı vəziyyəti dünyanı yeni "soyuq müharibə" vəziyyətinə qaytara bilər.

"Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Macarıstanın baş diplomatı pandemiyanın yaratdığı çoxsaylı problemlərlə yanaşı, eyni zamanda ölkələrin bir-birindən daha çox asılı vəziyyətə düşdüyünü qeyd edib.

"Bir-birimizdən asılı olan dünyada yaşayırıq, buna görə də Şərq və Qərb arasında əməkdaşlığın daha çox hörmətə əsaslanacağına ümid edirdik. Təəssüf ki, yeni "soyuq müharibə" təhlükəsini görürəm", - Siyarto vurğulayıb.

Nazir qeyd edib ki, Çin və ABŞ kimi ölkələr arasında ticarət dövriyyəsinin artmasına baxmayaraq, qarşıdurma getdikcə artır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru