ABŞ-ın İrana qarşı ticarət sanksiyalarını pozduğu üçün saxlanılan “Huawei” rəhbəri azad edildi - FOTO

26-09-2021, 10:06           
ABŞ-ın İrana qarşı ticarət sanksiyalarını pozduğu üçün saxlanılan “Huawei” rəhbəri azad edildi - FOTO
Britaniya Kolumbiyasının Vankuver Ali Məhkəməsi “Huawei” şirkətinin baş icraçı direktoru Men Vançjounun ekstradisiya prosesinə xitam verilməsi və ev dustaqlığından azad edilməsi haqqında qərar qəbul edib.

Məhkəmə qərarına görə Men Vançjou Kanadanı tərk edə bilər.

Men Vançjounun məhkəməsi iki il yarımdan çoxdur davam edir. O, 2018-ci ilin dekabrın 1-də Vankuver hava limanında ABŞ-ın İrana qarşı ticarət sanksiyalarını pozmaq ittihamı ilə saxlanılıb.

Həmin il dekabrın 11-də məhkəmə onu ekstradisiya ilə bağlı son qərara qədər 10 milyon Kanada dolları (13,4 milyon manat) girov müqabilində azad edib və Vankuverdə ərinin evində yaşamağa icazə verib.

Hakim qərarına görə, “Huawei”in maliyyə direktoru gecə-gündüz nəzarət altında olmalıdır (ayağına xüsusi bilərzik taxır, bir neçə mühafizəçi onu daim izləyir), həmçinin şəhər ətrafında hərəkəti qismən məhduddur.


Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru