Kadırov dünya rekordu qırdı

27-09-2021, 00:05           
Kadırov dünya rekordu qırdı
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 17-19 sentyabr tarixlərində baş tutan səsvermədə seçicilərin 99,7 faizinin səsini toplayaraq dünya rekordu qırıb.

Axar.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Məlumata görə, seçkidə iştirak edənlərin sayı 94,42 faiz təşkil edib. Belə ki, 711,973 seçici Çeçenistan prezidentini dəstəkləyib. Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov keçirilən seçkinin nəticələrini gülüşlə elan etmişdi.

Rusiya Prezidenti Vladimir Putin öz növbəsində qeyd edib ki, rəqəmlər qeyri-real görünə bilər. Ancaq Qroznı şəhərinin inşası da daxil olmaqla, bölgədə görülən bütün işlərə baxdıqda seçicilərin qərarə aydın olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru