Britaniyalı deputat Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırdı

28-09-2021, 00:01           
Britaniyalı deputat Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırdı
"Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir".

Teref.az xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Con Houell bu gün qurumun işə başlayan payız sessiyasında "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.

"İnsan ölümünün qarşısını almaq üçün bölgənin minalardan təmizlənməsi vacibdir. Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir. Bütün beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana yardımçı olmalıdır. Hər iki xalq, Azərbaycan və erməni xalqı sülhə doğru irəliləməlidir"./Report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.