Qarabağda sülhə nail olmağın yeganə yolu budur – Trofimçukdan ilginc açıqlama

28-09-2021, 00:07           
Qarabağda sülhə nail olmağın yeganə yolu budur –
“Qarabağ ətrafında sülhə gedən yol üçtərəfli razılaşmadan keçir”.
Qriqori Trofimçuk müharibənin ildönümü ilə bağlı çıxışında fikir səsləndirib:


“Azərbaycan bu gün “payız” müharibəsinin başlanmasını xatırlayır. Amma bir çoxları onu fərqli adlandırır. Azərbaycanlılar isə bu müharibəni birmənalı olaraq “Vətən” müharibəsi adlandırırlar. Bunun üçün onların bir səbəbi var. Amma qələbənin özü bir az sonra, yəni 2020 -ci ilin noyabrında olacaqdı” – deyə ekspert vurğulayıb.

Analitik onu da əlavə edib ki, ən vacib məqam müharibənin davamının olmamasıdır:

“Qarabağ ətrafında sülhə aparan yolun yeganə təminatı Rusiya, Azərbaycan və Ermənistanın ötən iin 10 noyabr tarixində imzaladığı üçtərəfli bəyanatıdır. O gecədən hələ bir il keçməyib. Amma bu müqavilənin əsas məqamlarına edilən təzyiqi görə bilərik”- deyə Trofimçuk fikirlərini yekunlaşdırıb.(konkret.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru