“Bu, bütün dünyaya baha başa gələcək” - Quterreşdən çağırış

12-10-2021, 07:38           
“Bu, bütün dünyaya baha başa gələcək” -
BMT Baş katibi Antonio Quterreş Əfqanıstana yardımla bağlı dünya ölkələrinə çağırış edib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Baş katib Əfqanıstana yardım edilməzsə, bunun bütün dünyaya baha naşa gələcəyini deyib. Onun sözlərinə görə, narkotik axını və terror şəbəkələrinin sayı artacaq:

"Bu, həlledici məqamdır. Biz hərəkət etməsək və ən qısa zamanda Əfqanıstana yardım göstərməsək nəinki onlar, bütün dünya bunun bədəlini ödəyəcək. Əfqnıstanda qida, iş yeri olmasa, insan haqları qorunmasa, görəcəyik ki, get-gedə daha çox əfqan evlərini tərk edib yaxşı həyat axtarışına çıxacaq. Həmçinin, narkotik axını, kriminal və terrorçu şəbəkələrin sayı artacaq. Bu da təkcə Əfqanıstana deyil, regiona və dünyaya baha başa gələcək”, - deyə Quterreş jurnalistlərə açıqlamasında deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru