Rusiya Tayvanı Çinin bir hissəsi kimi tanıyıb və tanıyacaq - Lavrov

13-10-2021, 11:59           
Rusiya Tayvanı Çinin bir hissəsi kimi tanıyıb və tanıyacaq - Lavrov
Moskva, dünyanın qalan ölkələrinin əksəriyyəti kimi, Tayvanı Çinin bir hissəsi hesab edir və öz siyasətini bu prinsip əsasında qurur.

Bu barədə jurnalistlərə çərşənbə axşamı Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib. Xəbəri oktyabrın 12-də TASS agentliyi yayıb.

«Rusiya dünyanın əksər ölkələri kimi, Tayvanı Çin Xalq Respublikasının bir hissəsi hesab edir. Biz, bu prinsipdən çıxış edirik və siyasətimizi də bu prinsip əsasında qururuq» - Lavrov deyib.

Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur. O zaman Çan Kayşi (1877-1975) başda olmaqla Qomindon qüvvələrinin qalıqları vətəndaş müharibəsində məğlub olaraq, adaya qaçıblar. O vaxtdan bəri orada əvvəlki Çin Respublikasının bayrağı və digər atributları saxlanır. Həmin dövlət kommunistlərin hakimiyyətə gəlməsinə qədər materikdə mövcud olub. Pekinin rəsmi mövqeyinə əsasən, əksər ölkələr tərəfindən, o cümlədən Rusiya tərəfindən dəstəklənən mövqeyə görə, ada Çinin əyalətlərindən biri hesab edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.