Allahşükür erməni maraqlarına qulluq edən bəyanata imza atıb - BU NƏ DEMƏKDİR?

13-10-2021, 19:33           
 Allahşükür erməni maraqlarına qulluq edən bəyanata imza atıb -
Bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Qaregin və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Bütün Rusiya Patriarxı Kirill Moskvaya üçtərəfli görüş keçiriblər.

Ovqat.com-un məlumatına görə, oktyabrın 11-dən başlayan və Cənubi Qafqazla bağlı bir çox məsələlərin müzakirə olunduğu görüş bu gün başa çatıb.

Bildirilir ki, ruhani liderlər görüşün nəticələrinə dair bəyanat imzalayıblar. Bəyanatın bir hissəsində deyilir:

"Tərəfləri itkin düşənlərin taleyini aydınlaşdırmağa, əsirlərin azad edilməsi prosesini asanlaşdırmağa və mülki insanların həyatını təhdid edən silahların icazəsiz istifadəsinin qarşısını almağa çağırırıq”.

Qeyd edək ki, ermənilər neçə gündür, Azərbaycan sinayperçilərinin atəşi nəticəsində Qarabağda bir mülki şəxsin öldürüldüyünü iddia edirdilər. Onların neçə aydan bəri səsləndirdikləri digər bir idda isə Azərbaycanın 62 erməni terrorçusunun azad olunmasıdır. Odur ki, Allahşükür bu bəyanata imza atmaqla erməni maraqlarını müdafiə etmiş kimi görünür.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.